Logo

Kürdəmirdə müəllimlərin regional konfransında qarşıda duran vəzifələr müzakirə olunub

14.09.2021 17:41 548 baxış
IMG

Sentyabrın 14-də Kürdəmir şəhər T.İsmayılov adına 1 nömrəli tam orta məktəbdə Kürdəmir, Ucar, Zərdab, Göyçay və Biləsuvar rayonlarının təhsil işçilərinin regional sentyabr konfransı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi və qonaqlar öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.

Konfransda Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev, Biləsuvar liseyinin icraçı direktoru Bəhruz Mehdiyev, Vətən müharibəsi iştirakçısı, müəllim Samir Cənnətov, V qrant müsabiqənin qalibi Arifə Məmmədova konfransda çıxış ediblər.

Çıxışlarda Azərbaycanda təhsilin inkişafına göstərilən dövlət qayğısından danışılıb, adıçəkilən rayonların ötən tədris ili üzrə fəaliyyətləri geniş təhlil edilib, məktəb idarəetməsinin prioritetləri barədə danışılıb, yeni dərs ilində qarşıda duran vəzifələrdən bəhs olunub.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.

Xəbər lenti