Logo

Təhsil Nazirliyinin önündə təkadamlıq aksiya təşkil edilib

14.09.2021 14:50 838 baxış
IMG

Təhsil Nazirliyinin binası qarşısında etiraz edən Arzu Quliyeva 6 ildir ki, Müəllimlərin İşə Qəbulu imtahanında iştirak etdiyini, lakin işə götürülmədiyini deyir.

Tehsil.biz Meydan TV-yə istinadən xəbər verir ki, buna etiraz olaraq o, sentyabrın 14-də Təhsil Nazirliyinin önündə təkadamlıq aksiya edib.

O, MİQ-in ləğv olunmasını və işlə təmin edilməsini tələb edib.

Etirazçı İnsan Resurslarına da dəfələrlə müraciət etdiyini, lakin müraciətinin nəticəsiz qaldığını bildirir. O, yeni təhsil naziri Emin Əmrullayevdən yenilik edəcəyini gözlədiyini, lakin gözləntisinin doğrulmadığını qeyd edir.

Arzu Quliyevanın etiraz tələbini əks etdirdiyi lövhə nazirliyin özünü təqdim etməyən əməkdaşı tərəfindən alınıb. Daha sonra əraziyə polis əməkdaşları gəlib və aksiyaya müdaxilə ediblər.

Polis əməkdaşları Arzu Quliyevanı nazirliyin qəbul otağına qədər müşayiət ediblər.

Xəbər lenti