Logo

Şəmkirin yeni icra başçısı olan Rəşad Tağıyevin TƏHSİL YOLU

14.09.2021 14:08 436 baxış
IMG

Prezident İlham Əliyev Şəmkir Rayon İcra Hakimiyyətinin başçısının təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəşad Ənvər oğlu Tağıyev sözügedən vəzifəyə təyin edilib.

Tehsil.biz Rəşad Tağıyevin dosyesini təqdim edir:

Rəşad Ənvər oğlu Tağıyev 1981-ci ildə Neftçala rayonunda anadan olub.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsini "Hüquqşünaslıq” ixtisası üzrə bitirib.

Taras Şevçenko adına Kiyev Milli Universitetində "Korporativ hüquq" üzrə magistr elmi-ixtisas dərəcəsi alıb.

2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb.

2007-2013-cü illərdə "Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü-Hüquqi məsələlər üzrə sədr müavini və "Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərib.

2013-2015-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri, 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifələrində çalışıb.

Təhsil nazirinin 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Ailəlidir, iki övladı var.

Xəbər lenti