Logo

ATU-nun diplomlarının xaricdə tanınması istiqamətində mühüm addım

14.09.2021 11:52 152 baxış
IMG

Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliklə müqavilə imzalanıb

Azərbaycan Tibb Universiteti (ATU) Qazaxıstanın Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyi (Independent Agency For Accreditation and Ratıng - IAAR) ilə müqavilə imzalayıb. Müqavilə ATU-nun tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçirilməsini nəzərdə tutur. 

ATU-nun tədris proqramlarının akkreditasiya olunması diplomların dünyada tanınma coğrafiyasının genişləndirilməsi istiqamətində mühüm addımlardan biridir.

Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik 2011-ci ildə fəaliyyətə başlayıb. IAAR tərəfindən həm institusional, həm də tədris proqramlarının akkreditasiyası aparılır. Bu agentlik MDB ölkələri içərisində Dünya Tibb Təhsili Federasiyası (World Federation of Medical Education –WFME) tərəfindən tanınan ilk qurumdur. IAAR tərəfindən akkreditasiya olunan universitetlər və tədris proqramları Dünya Tibb Təhsili Federasiyasının akkreditasiyanı əldə etmiş sayılırlar. IAAR, həmçinin dünya səviyyəli INQAAHE, CHEA/CIQG, IREG, CEENQA, APQN və s. nüfüzlu qurumların da üzvüdür.

Qeyd edək ki, 2024-cü ilədək dünya üzrə bütün tibb universitetləri Dünya Tibb Təhsili Federasiyasının beynəlxalq akkreditasiyasını almalıdır. Əks təqdirdə, sonradan həmin ali məktəblərin diplomlarının tanınmasında ciddi problemlər yaşana bilər. Odur ki, ATU-nun diplomlarının xarici ölkələrdə tanınması coğrafiyasını genişləndirmək məqsədilə tədris proqramlarının beynəlxalq akkreditasiyası ilə bağlı artıq işlər başlanılıb. Beynəlxalq akkreditasiyasının əldə olunması məqsədilə ATU-nun rektoru, professor Gəray Gəraybəyli tərəfindən xüsusi komissiya yaradılıb.

Xəbər lenti