Logo

"Təhsilimi xaricdə davam etdirərək daha yaxşı mütəxəssislərdən ola bilərəm" - 692 bal toplamış abituriyent

14.09.2021 10:09 317 baxış
IMG

Əsgər Veysəlov adına Cəbrayıl rayon Sirik kənd orta məktəbin məzunu Əfəndiyev Kamil Nazim oğlu buraxılış imtahanında 292.5 blok bal isə 400 bal toplayaraq ümumilikdə 692.5 bala yiyələnmişdir.

"Tehsil.biz"ə müsahibəsində Kamil deyir ki, bu balı toplamaq onun üçün elə də çətin olmayıb.

Müsahibəni təqdim edirik:

- Hansı məktəbin məzunusan?

- Əsgər Veysəlov adına Cəbrayıl rayon Sirik kənd orta məktəbin məzunuyam. 

- Hazırlaşdığın dövrdə onlayn təhsil sənə necə təsir etdi?     

- Onlayn təhsil canlı dərs kimi effekt verməsə də, amma mən onlayn dərsələrdə daha yaxşı uğur qazanmaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışdım ki, daha yaxşı nəticə əldə edim.

- Bu uğuru kimlərə borclusan?

- Uğurumu ilk növbədə valideynlərimə borcluyam. Daha sonra müəllimlərimə və təhsil həyatında həmişə mənə dəstək olan insanlara borcluyam.

- Hansı ali məktəbə qəbul olmusan? 

- Azərbaycan Tibb Universitetinin Tibb fakültəsinə qəbul olmuşam.

- Gələcək planların nələrdən ibarətdir?

- Gələcəkdə planım odur ki, Azərbaycan Tibb Universitetini bitirdikdən sonra təhsilimi xaricdə davam etdirim və bununla da düşünürəm ki, özümü daha yaxşı inkişaf etdirib öz sahəmdə yaxşı mütəxəssislərdən ola bilərəm. 

Ali məktəbə qəbul olduqda hansı hisləri yaşadın? 

- Universitetə qəbul olanda cox sevindim, çünki uşaqlıqdan arzum idi. Həm yüksək balla qəbul olduğuma, həm də respublika birincisi olduğuma görə çox sevindim və çox qürurlandım. 

- Digər abituriyentlərə tövsiyən nələrdir?

-  Digər abituriyentlərə tövsiyəm odur ki, diqqətlə çalışsınlar, verilən dərsləri məsuliyyətlə yerinə yetirsinlər. Testlərə daha çox üstünlük versinlər. Sonda digər tövsiyəm o ola bilər ki, çox çalışmaq əvəzinə planlı şəkildə çalışsınlar. Mənim fikrimcə, bu daha effektli ola bilər.

Xəbər lenti