Logo

ADNSU-da “Erasmus+ KA2” proqramı çərçivəsində işgüzar görüş keçirilib

13.09.2021 17:15 74 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində “WORK4ACE” layihəsi əsasında ilk işgüzar görüş keçirilib.

Görüşdə yerli layihə üzvləri – Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, həmçinin Erasmus Azərbaycan Ofisinin rəhbərliyi  iştirak edib. Görüşdə layihənin strukturu, iştirakçıların öhdəlik və vəzifələri, görüləcək işlərin planı və layihə çərçivəsində yeni modul proqramının yaradılması istiqamətində müzakirələr aparılıb. İştirakçılar iclasın sonunda iş bölgüsünü aparıb və gələcək görüşlər haqqında razılığa gəliblər.

 

 

Xəbər lenti