Logo

UFAZ-da yeni dərs ili başladı

13.09.2021 16:04 461 baxış
IMG

Sentyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) həm magistratura, həm də bakalavr pilləsi üzrə yeni tədris ilinə start verilib. 

Dərslərin digər universitetlərə nisbətən daha tez başlanması UFAZ-ın Rəhbər komitəsinin sonuncu qərarına əsasən qəbul edilib. Yeni qaydalara əsasən dərslər üzbəüz qaydada keçiriləcək.

2021-/2022-ci ilin payız semesterində yerli müəllimlərlə yanaşı, UFAZ-ın daimi əcnəbi müəllimləri və Strasburq və Renn 1 universitetindən dəvət olunan professor və müəllim heyəti də üzbəüz qaydada tədris aparacaq. UFAZ-da daimi əsasla 7 nəfər fransalı müəllim fəaliyyət göstərir.

Bu il 5 yaşını qeyd edən Azərbaycan-Fransız Universitetində ümumilikdə 710 tələbə (576 tələbə bakalavr pilləsi üzrə, 134 tələbə isə magistratura pilləsi üzrə) təhsil alır. Onlardan baklavr pilləsinin 1-ci kursunda 141 nəfər, 2-ci kursda 147 nəfər, 3-cü kursda 149 nəfər, 4-cü kursda 139 nəfər, magistratura pilləsinin 1-ci kursunda 79 nəfər və 2-ci kursunda isə 55 nəfər təhsil alır.

Tədris prosesi pandemiya qaydalarına tam uyğun qaydada təşkil edilib. Bütün dərs otaqlarında tələbələrin ara məsafəsinə riayət olunub. Qoruyucu maska taxılması mütləqdir. Otaqlarda və dəhlizlərdə dezinfeksiyaedici maddələr yerləşdirilib. 18 yaşı tamam olmuş tələbələr ən azı 1-ci doza vaksin və ya immunitet sertifikatı ilə universitetə buraxılıb. 

UFAZ məzunları təhsillərini başa vurduqda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə yanaşı Fransanın Strasburq və Renn 1 universitetlərinin də diplomlarını alır.

Xəbər lenti