Logo

ADAU-da növbəti ödənişsiz təkmilləşdirmə kursları start götürüb

13.09.2021 15:08 76 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar sahədə çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində su bioehtiyatları və akvakultura, balıqçılıq və balıqçılıq təsərrüfatı işi və ekologiya istiqamətləri üzrə ödənişsiz təkmilləşdirmə kursları başlanıb.
Universitetin tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov bildirib ki, dinləyicilər Aqrar Universitetin keçmiş məzunları, müxtəlif özəl və dövlət müəssisələrində çalışan müvafiq ixtisaslar üzrə mütəxəssislərdir. Layihənin məqsədi qeyd olunan istiqamətlər üzrə mütəxəssislərin praktik bilik və bacarıqlarının artırılmasıdır. Həmçinin, ADAU-nun maddi texniki bazası, xarici əlaqələri, ikili diplom proqramları barədə layihə iştirakçılarına ətraflı məlumat verilib.
Qeyd edək ki, təkmilləşdirmə kursları ödənişsizdir. Layihə iştirakçıları universitetin tələbə evində ödənişsiz yaşayış yeri ilə təmin olunublar. Kursları müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

Xəbər lenti