Logo

“İndoneziya iqtisadiyyatı” dərs vəsaiti çapdan çıxıb

13.09.2021 14:44 79 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) əməkdaşı iqtisadiyyat üzrə fəlsəfə doktoru Sevda Məhərrəmovanın “İndoneziya iqtisadiyyatı” dərs vəsaiti işıq üzü görüb. Kitabın elmi redaktoru professor Sadiq Salahov, rəyçiləri ADU-nun Fəlsəfə və ictimai elmlər kafedrasının iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Şəfəq Abdullayeva, AMEA-dan iqtisadiyyat üzrə fəlsəfə doktoru Ələsgər Sarıyevdir.

 ADU-dan Tehsil.biz-ə bildirilib. Qeyd olunub ki, kitabın birinci fəslində İndoneziyanın ümumi xarakteristikası və ölkə haqqında ümumi məlumat verilib. İkinci fəsildə ölkənin iqtisadiyyatının başlıca cəhətlərindən - sənayenin, kənd təsərrüfatının, nəqliyyatın, turizm və səhiyyənin xüsusiyyətlərindən bəhs edilir. Üçüncü fəsildə İndoneziyanın maliyyə-kredit və bank sisteminin xüsusiyyətlərindən danışılır. Dördüncü fəsildə ölkənin sosial-iqtisadi problemləri haqqında açıqlama verilir. Beşinci fəsildə İndoneziyanın dünya iqtisadiyyatında yeri və rolu, beynəlxalq və regional təşkilatların ölkənin iqtisadiyyatına təsiri öyrənilir.

Dərs vəsaitindən bakalavr və magistrantlar, dissertant və doktorantlar, habelə beynəlxalq iqtisadi münasibətlər və regional iqtisadiyyat tədrisi məsələləri ilə məşğul olan mütəxəssislər istifadə edə bilərlər. Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.

Xəbər lenti