Logo

ADU-nun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı vəfat edib

13.09.2021 12:44 630 baxış
IMG

ADU-nun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı İlham Abbasov vəfat edib.

Tehsil.biz xəbər verir ki, İlham Abbasov 1999-cu ildən ADU-nun əməkdaşı idi və universitetin bir sıra dəyərli mübadilə layihələrinin uğurla yerinə yetirilməsinə böyük əmək sərf etmişdi. Tələbələrə olan qayğısı, diqqəti, hər bir tələbəyə onların qoşulacaqları layihələrin özəlliklərini ayrı-ayrılıqda, dönə-dönə təfsilatı ilə izah etməsi İlham müəllimə xas olan yüksək keyfiyyətlərdən idi.

Ruhu şad olsun!

Xəbər lenti