Logo

Emin Əmrullayev təhsil tələbə krediti fondunun məqsədlərindən danışıb

12.09.2021 22:45 417 baxış
IMG

"Təhsil tələbə krediti fondunun məqsədi Azərbaycanda ali təhsilə çıxışı və imkanları artırmaqdır".

Tehsil.biz xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev REAL-a verdiyi eksklüziv müsahibəsində deyib.

O bildirib ki, kredit fondu daha çox o məqsədi daşıyır ki, müəyyən mənada bacarığı, giriş balı çatmayan, lakin, oxumağa can atan tələbəyə imkan yaradır:

"Yaradılan imkanlardan biri də budur ki, tələbə krediti alan şəxsin oxuduğu müddətdə qiymətləri yaxşıdırsa, o tələbə kreditindən azad olunur, yəni, vəsaiti geri qaytarmağa ehtiyacı yoxdur".

Xəbər lenti