Logo

UFAZ məzunları master təhsillərini xaricdə davam etdirəcək

12.09.2021 15:20 464 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2021-ci ildə məzun olmuş 30  tələbəsi master təhsilini xaricdə alacaq.

Universitetdən bildirilib ki, 2021-ci ildə UFAZ-ın bakalavriat təhsil pilləsini 113 nəfər tələbə bitirib. Onlardan 27 nəfər Kimya mühəndisliyi, 25 nəfər Neft və qaz mühəndisliyi,  20 nəfər Geofizika mühəndisliyi,  41 nəfər Kompüter elmləri ixtisasları üzrə məzun olub.

UFAZ məzunlarından 39 nəfəri ali məktəbin magistratura pilləsində təhsilini davam etdirəcək.

Məzunların qəbul olduqları universitetlər bu ölkələrdə yerləşir: Almaniya, ABŞ, Fransa, İtaliya, Böyük Britaniya, Türkiyə, İrlandiya, İsveçrə, Niderland, Belçika, Rusiya, Estoniya, Litva, Polşa, Finlandiya, Macarıstan və Norveç.

Xəbər lenti