Logo

"Təhsili məhv etməklə məşğulsunuz" - 13 ilin müəllimindən təhsil nazirinə açıq müraciət

12.09.2021 12:52 5792 baxış
IMG

Yardımlı sakini, rayonda 13 il müəllim işləmiş Cəlil Zabidov Təhsil naziri Emin Əmrullayevə sosial şəbəkə üzərindən müraciət edib.

"Tehsil.biz"in Azadlıq qəzetinə istinadən məlumatına görə, C.Zabidov yazır ki, Təhsil Nazirliyinin rəsmi səhifəsində nazirin cənub zonasının vətəndaşları ilə video görüş keçirəcəyi qeyid olunub. O da şikayəti olan bir sakin kimi qeydiyyatdan keçib, amma onun qeydiyyatı təsdiqlənməyib.

C.Zabidov 2007-2020-ci illərdə müəllim işləyib. 

Özünün yazdığına görə, saxtakarlıqlara qarşı çıxdığı, haqqı müdafiə etdiyi üçün 2020-ci ilin mayında şərlənərək 5 ay müddətinə həbs edilib. Həmin ilin oktyabrında azadlığa çıxıb və o vaxtdan bəri işlə əlaqədar Təhsil Nazirliyinə dəfələrlə müraciət edib, amma cavab ala bilməyib.

C.Zabidov iddia edir ki, problemin kökü Təhsil Nazirliyindəki rüşvətdir:
 
"Azərbaycanın təhsilini məhv etməklə məşğulsuz. Bütün vakansiyaları gizlədirsiz, müəllimlərə pulla satırsız iş yerlərini. Direktoru, müəllimi, direktor müavinlərini rüşvətlə işə götürürsüz...", - deyə Yardımlıdan keçmiş müəllim yazır.

Xəbər lenti