Logo

Coğrafiya İnstitutunun alimi Ümumrusiya konfransında məruzə edib

12.09.2021 11:04 372 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Xəzər dənizinin monitorinqi şöbəsinin aparıcı elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov Rusiya Federasiyasının Voronej şəhərində keçirilən “Buludların fizikası və  onların hidrometeoroloji proseslərə aktiv təsiri”  adlı Ümumrusiya açıq konfransında  iştirak edib.

Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Üzrə Federal Xidmətinin Yüksək Dağ Geofizika İnstitutunun təşkil etdiyi tədbirdə elm, texnologiya və innovasiyalar üzrə  yerli və xarici mütəxəssislər iştirak edib.

Azərbaycanlı alim konfransda “Azərbaycan ərazisində  iqlim dəyişiklərini proqnozlaşdırmaq üçün LEO (aşağı orbitli peyklərin) tətbiqi” mövzusunda məruzə edib. Əldə edilmiş nəticələrin statistik ilkin analizini aparan İ.Zeynalov bildirib ki, NOAA seriyası peyklərindən alınan məlumatların istifadəsi seçilmiş ərazidə iqlimin proqnozlaşdırılması və modelləşdirilməsi üzrə tədqiqatlar apararkən  məkan və zaman  baxımından daha məqsədəuyğundur.

Xəbər lenti