Logo

AzTU-da “Radiotexnikanın müasir problemləri” mövzusunda elmi-texniki konfrans keçiriləcək

11.09.2021 15:15 98 baxış
IMG

Oktyabrın 5-dən 7-dək Azərbaycan Texniki Universitetində (AzTU) radiotexnika ixtisası üzrə mühəndis kadrların hazırlanmasının 60 illiyi münasibətilə “Radiotexnikanın müasir problemləri” mövzusunda elmi-texniki konfrans keçiriləcək.

Tehsil.biz bildirir ki, tədbirin məqsədi radiotexnikanın müasir problemlərini müzakirə etmək, perspektivlərini müəyyənləşdirmək və respublikada bu sahədə aparılan elmi-tədqiqat işlərini ümumiləşdirməkdir.

Konfransın praktiki əhəmiyyəti radiotexnika və digər uyğun sahələrin daha da inkişaf etdirilməsinə dair elmi nəticə və təkliflərin ümumiləşdirilərək istehsalata tövsiyə edilməsindən, alimlərin fəaliyyətinin koordinasiya edilməsindən, gələcəkdə təcrübə mübadiləsi məqsədilə yeni elmi əlaqələrin qurulmasından ibarətdir.

Xəbər lenti