Logo

Bakı Slavyan Universitetinin tələbəsi I yerə layiq görülüb

11.09.2021 14:48 137 baxış
IMG

Bakı Slavyan Universitetinin (BSU) Filologiya və xarici dil müəllimliyi fakültəsinin II tədris ili tələbəsi Banu İbrahimli “ASAN Könüllülük Məktəbi”nin “Master 1” pilləsi çərçivəsində 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində könüllü fəaliyyətini başa vurduğuna görə I dərəcəli şəhadətnaməyə layiq görülüb.

Bundan əlavə, "ASAN Könüllüləri"  Təşkilatının və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilən ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Gənclər Simpoziumunda iştirak etdiyinə görə və  "Fransız dili kursu" təlimini uğurla tədris etdiyi üçün təltif olunub.

Xəbər lenti