Logo

İtaliyada COVID pasportu olmayanlar təhsil müəssisələrinə buraxılmayacaq

11.09.2021 12:40 514 baxış
IMG

İtaliya hökuməti ölkədə peyvəndlənmə ilə bağlı tələbləri sərtləşdirir.

Tehsil.biz Azvision.az-a istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Ölkədə bundan sonra təhsil sahəsində vaksinlərlə bağlı xüsusi tələblər olacaq.

Oktyabrın 10-dan etibarən məktəbə və ya universitetə ​​daxil olan hər kəs -tələbələr də daxil olmaqla bütün vətəndaşlar "Yaşıl buraxılış" adlanan sənədi təqdim edəcək. COVID pasportu kimi xarakterizə edilən bu sənəd vaksinasiyadan keçməyi və ya koronavirus xəstəliyindən sağalmağı, koronavirusa dair mənfi testin olmasını da təsdiq edir.

"Yaşıl buraxılış"a malik olmayanlar 1000 avroya qədər cərimələnəcəklər.

Qeyd olunur ki, bu tələb müəyyən tibbi səbəblərdən peyvənd oluna bilməyən şəxslərə şamil edilmir. Oxşar qaydalar yaşlılara qulluq göstərən müəssisələrdə də tətbiq olunacaq.

Belə bir sərt rejimin, İtaliyanın epidemiyaya görə tətbiq olunan fövqəladə vəziyyəti ləğv etməyi planlaşdırdığı dekabrın sonuna qədər qüvvədə olacağı gözlənilir.

Qeyd edək ki, İtaliyada 129 mindən çox insan koronavirusun qurbanı olub.

Xəbər lenti