Logo

Tarixdə bu gün 13 NOYABR

13.11.2020 09:39 481 baxış
IMG

Əhəmiyyətli hadisələr

  • 1002 — Sən-Bris qətliamı. İngilis kralı Etelred ölkədə yaşayan bütün danimarkalıların qırılması barədə göstəriş vermişdir.
  • 1805 — Napoleon ordusu Vyanaya daxil olmuşdur.
  • 1918 — Sovet Rusiyası Brest-Litovsk sülh müqaviləsini imzalamışdır.
  • 1920 — Cenevrədə 45 ölkədən 5000 nümayəndənin iştirakı ilə Millətlər Cəmiyyətinin təsis toplantısı açılmışdır.
  • 1970 — Pakistanda siklon 300.000 insanın həyatına son qoyub. Bu faciə XX əsrin ən böyük təbii fəlakəti hesab edilir
  • 1970 — Hafiz Əsəd Suriyada dövlət çevrilişi edib
  • 1976 — BMT TŞ bütün xarici qoşunların Kiprdən çıxarılmasını tələb edən qətnamə qəbul etmişdir.
  • 1980 — Amerikanın "Voyacer" kosmik aparatı Saturn planetinin geniş miqyasda ilk fotoşəkillərini çəkərək Yerə göndərmişdir.
  • 1994 — İsveç referendum yolu ilə Avropa Birliyinə qəbul edilmişdir.
  • 2001 — "Şimal Alyansı" qoşunları Kabili və Cəlalabadı Taliban qüvvələrindən təmizləyib
  • 2002 — İspaniya sularında 77.000 ton neft daşıyan tankerin qəzaya uğraması ekoloji fəlakətə səbəb olmuşdur.
  • 2008— Bakıda enerji Sammiti keçirilmişdir.

Doğumlar

  • 354 - Avreli Avqustin - xristian teoloqu, görüşlərinə görə neoplatonizmə yaxın filosof-mistik, patristikanın görkəmli nümayəndəsi.
  • 1312 - III Eduard - İngiltərə kralı (25.01.1327-21.06.1377).
  • 1821 - Vilyam Hillebrand - alman həkimi.
  • 1850 - Robert Louis Stevenson - şotland roman yazıçısı və şair.
  • 1914 - Henri Lanqlua - Fransa kinematoqrafiyasının əsasını qoyan şəxslərdən biri.
  • 1935 - Tom Atkins - ABŞ aktyoru.
  • 1939 - İsmayıl Mursaqulov - professor, 20 yanvar şəhidi.
  • 1939 - Solmaz Qurbanova - Azərbaycan Respublikasının xalq artisti, aktrisa.
  • 1940 - Kazbek Tuayev - Sovet futbolçusu.
  • 1943 - Mustafa Əbdülcəmil Qırımoğlu - Ukrayna millət vəkili.
  • 1944 - Rəmiş - Azərbaycan gitaristi.
  • 1945 - Elmira İsmayılova - Azərbaycan Respublikasının xalq artisti, aktrisa.
  • 1946 - Qüdrət Kəlbəliyev - texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2001)
  • 1955 - Vupi Qoldberq - ABŞ aktrisası.
  • 1956 - Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
  • 1960 - Sevda Qurbanəliyeva - sənətşünaslıq doktoru (1995), professor (1996).
  • 1960 - Şamil Nəcəfzadə - rejissor, kino rəssamı, ssenari müəllifi, aktyor.
  • 1961 - Əhməd Oğuz - şair, ssenari müəllifi, kino redaktoru.
  • 1967 - Cuhi Çavla - Hindistanın aktrisa və prodüseri.
  • 1969 - Cerard Batler - ABŞ aktyoru.
  • 1976 - Şuşen Siau - Çinli aktrisa, müğənni və teleaparıcı.
  • 1991 - Amil Xəlil - araşdırmaçı jurnalist və aparıcı.

Ölümlər

  • 1983 - Əliağa Ağayev - Azərbaycanın görkəmili teatr və kino aktyoru, Azərbaycan SSR Xalq Artisti (1954).

Bayramlar və xüsusi günlər

  • Beynəlxalq Gözdən Əlillər Günü

 

Xəbər lenti