Logo

Peşə təhsil müəssisələrinə müəllimlərin işə qəbulu

10.09.2021 16:47 1544 baxış
IMG

2021-2022-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin seçimi müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə həyata keçirilir.

Tehsil.biz bildirir ki, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün keçirilən vakansiya seçimi mərhələsinə peşə təhsil müəssisələri üzrə 46 vakant yer çıxarılıb. Bakı və regionlar üzrə təqdim olunan vakansiyalar Azərbaycan dili və ədəbiyyat, biologiya, coğrafiya, fizika, fiziki tərbiyə, informatika, ingilis dili, kimya və riyaziyyat fənlərini əhatə edir. Namizədlərə https://www.miq.edu.az/ saytı vasitəsilə ilə şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçmək hüququ təqdim edilib.

Qeyd edək ki, tutulmayan yerlər üzrə Təhsil Nazirliyi tərəfindən növbəti mərhələnin keçirilməsi planlaşdırılır.

Xəbər lenti