Logo

Türkiyədə 15 min yeni müəllim işə qəbul ediləcək

08.09.2021 22:49 971 baxış
IMG

Türkiyədə yeni tədris ilinin başlanması münasibətilə 15 min müəllim işə qəbul ediləcək.

Tehsil.biz xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Dövlət başçısı özünün sosial şəbəkə səhifəsində ölkə rəhbərliyinin Türkiyənin gələcəyinə sərmayə yatırmağa davam etdiyini bildirib.

O, qəbul edilən qərarı təhsilin keyfiyyətinin artırılması ilə əlaqələndirib.

Oxu.az

Xəbər lenti