Logo

Azərbaycanda istisna hallarda 16-18 yaşlı yeniyetmələrə peyvənd vurulacaq

07.09.2021 09:41 663 baxış
IMG

Yeniyetmələr Covid-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) vaksini ilə peyvənd olunacaqlar.

Tehsil.biz-in xəbərinə görə, Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib ki, 16-18 yaşlı yeniyetmələrin vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək.

16-18 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.

Xəbər lenti