Logo

Rusiyada məktəblilər kütləvi şəkildə zəhərlənib

04.09.2021 22:56 839 baxış
IMG

Rusiyada uşaqların kütləvi şəkildə zəhərlənməsindən sonra cinayət işi açılıb.

Tehsil.biz xəbər verir ki, Rusiyanın Nijni Novqorod şəhərindəki 13 saylı gimnaziyada 40-dan çox məktəbli zəhərlənib. Onlardan 24 nəfəri həkimə müraciət edib, 3 uşaq xəstəxanaya yerləşdirilib.

Məktəblilərdə kəskin bağırsaq infeksiyasının əlamətləri aşkar edilib.

Gimnaziyadan bildiriblər ki, təhsil müəssisəsində dərs ilinin əvvəlindən yeməkxana və bufet işləmədiyindən, uşaqların qidadan zəhərlənməsi istisna edilir.

Azərtac

Xəbər lenti