Logo

Həkim-rezident xəstələrə şəfa verir

02.09.2021 09:06 430 baxış
IMG

ATU-nun Tədris Cərrahiyyə Klinikasının Neyrocərrahiyyə şöbəsinin həkim-rezidenti Elşən Əhmədli bu günədək çoxlu sayda uğurlu əməliyyatlar həyata keçirib. O, Vətən müharibəsində də öz sözünü deyərək, arxa cəbhədə 100-dən çox qazinin əməliyyat olunması və ya müalicəsində yaxından iştirak edib.

E.Əhmədli hazırda baş beyin, onurğa sütunu degenerasiyası və periferik sinir xəstəlikləri ilə bağlı müxtəlif əməliyyatlar icra etməkdədir.

Bu günlərdə daha bir əməliyyatını həyata keçirmiş gənc həkimimiz:

“45 yaşında qadın xəstənin anamnezindən məlum olurdu ki, 2 aya yaxındır belində, sağ ayağında olan kəskin ağrıdan və bununla əlaqədar yerişin çətinləşməsindən əziyyət çəkir. Nevroloji status olaraq xəstədə sağ pəncənin parezi teyin edilirdi. Xəstə bel-oma MRT müayinəsi olundu. Kliniki olaraq dəyərləndirilərək, L5-S1 fəqərəarası diskin sağ tərəfli yırtığı diaqnozu qoyuldu. Bu diaqnoz əsasında xəstə üzərində mikroskopik olaraq mikrodiskektomiya cərrahi əməliyyatı planlaşdırılaraq icra etdik. 35-40 dəqiqə çəkən əməliyyatdan sonra xəstənin ağrıları keçdi və o, bir gündən sonra əvvəlki şikayətlərindən tam azad şəkildə evə göndərildi”.

Xəbər lenti