Logo

ABŞ-da məktəbdə atışma olub, yaralanan var

02.09.2021 00:47 755 baxış
IMG

ABŞ-ın Şimali Karolina ştatının Uinston-Salem şəhərində yerləşən məktəblərin birində atışma baş verib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, Mount Tabor Liseyində baş verən hadisə nəticəsində azı bir yeniyetmə yaralanıb.

Hazırda məktəbin yerləşdiyi ərazi və yol polis tərəfindən mühasirəyə alınıb.

Xəbər lenti