Logo

11 illik təhsil bazasında kolleclərə ixtisas seçimi sentyabrın 6-dan 10-dək aparılacaq

01.09.2021 15:09 607 baxış
IMG

Tam (11 illik) orta təhsil bazasında kolleclərə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, DİM tərəfindən “Abituriyent” jurnalının 5-ci nömrəsində 2021/2022-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta (11 illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, ”Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapıb.

Xəbər lenti