Logo

Prokurorluq məktəb direktorunun müavininin ölümü ilə bağlı məlumat yayıb

30.08.2021 14:38 803 baxış
IMG

Prokurorluq Göyçay rayonunda baş vermiş ölüm hadisəsi ilə bağlı məlumat yayıb.

Rayon Prokurorluğundan "Report"a daxil olan məlumatda deyilir:

"Avqustun 29-u saat 12 radələrində Göyçay rayonu ərazisində bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, rayonun Bığır kəndi ərazisində Bığır kənd 3 saylı tam orta məktəbin direktor müavini Xəlil Şərifov yaşadığı evin həyətyanı sahəsini suvarmaq üçün su nasosu vasitəsilə su vurmaq istəyən zaman elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.

Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır".

Xəbər lenti