Logo

Tanınmış filosof dünyasını dəyişdi

24.08.2021 19:36 826 baxış
IMG

Tanınmış fransız filosof Jan-Lyuk Nansi 81 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Monde” qəzeti məlumat yayıb. Nansi avqustun 24-nə keçən gecə vəfat edib.

Qeyd edək ki, Nansi 1940-cı ildə Bordo şəhərində anadan olub, 1968-ci ildən Strasburqda yaşayıb. O, Strasburq Universitetinin professoru, Beynəlxalq Fəlsəfə Kollecinin üzvü olub, bir çox məqalələrin müəllifidir. Nansinin maraq dairəsinə fenomenologiya və birlikdə olma konsepsiyaları daxil olub. Onun fəaliyyəti müasir fəlsəfi elmin inkişafına mühüm təsir göstərib.

Xəbər lenti