Logo

Alimlər yeni qalaktikaları son dərəcə yüksək dəqiqliklə görüblər

21.08.2021 12:57 390 baxış
IMG

BBC Science” xəbər verir ki, astronomlar qalaktikaların detallı görüntülərini çəkiblər.

Görüntülərin bir çoxu qara dəliklərin ulduz və planetlər yaranmasında rolu haqqında fikir yürütməyə imkan verir. Tədqiqatçılar şəkillərə əsasən, qalakti­kaların təkamülü haqqında anlayışımı­zın dəyişəcəyini söyləyirlər.

Tədqiqat qrupu Avropanın doqquz əyalətində yayılmış 70 mindən çox kiçik antenanı birləşdirərək radio görüntüləri əhəmiyyətli dərəcədə yüksəldib. Bir çox antenadan gələn radio siqnallarını birləşdirmək sadə proses deyil. Komanda altı il ərzində hər bir antenadan siqnal toplamaq, rəqəmsallaşdırmaq, mərkəzi prosessora köçürmək və sonra bütün məlumatları birləşdirməklə tamamilə yeni üsul tətbiq edib. Tədqiqat İngiltərənin Durham Universitetinin doktoru Lih Mo­rabito tərəfindən idarə edilib: "Məlumatlar üzərində uzun müddət çalışmaq, sonra qalaktikalardan yeni görüntülər əldə etmək və bunları görən ilk insan ol­maq inanılmaz duyğudur. Günün qalan hissəsində böyük bir təbəssümlə gəzdim, çünki o şəkilləri çəkə bildiyim və heç ki­min görmədiyi şeyləri görə bildiyim üçün qürur duydum".

Jetlər qalaktikanın mərkəzindəki super kütlənin qara dəliyindən qaynaq­lanır, belə cazibə qüvvəsi güclü olan bir cisim işıqdan qaça bilmir. Astronomlar jetin qaranlıq zo­laqlarından əvvəllər görülməmiş yeni elmi məlumatlar əldə ediblər. Astronomlar qeyd edirlər ki, material kosmosa az töküldükdə qara dəliyin nisbətən fəaliyyətsizlik dövrləri ilə izah olunur. Bu görüntü tədqiqatçılara qara dəliyin "yuxu dövrü" haqqında fikir yaradıb.

Çəkilən şəkillərin birində iki qalakti­kanın toqquşduğu aydın görünür. Parlaq ulduzların partlaması nəticəsində parlaq nöqtə əmələ gəlir, qalaktik bir külək bu­rulğanı yaranır, oradan toz və qaz uçur.

Tədqiqatçı alimlərin qənaətinə görə, kəşf edilən qalaktikadan gələn işıq, kainatın cəmi 2.6 milyard yaşı olan­da yaranıb. Radio dalğalar vasitəsilə çəkilən görüntülərin birində qalaktikanın içərisində qara dəlik tərəfindən atılan material jetler müşahidə olunub. Erkən qalaktikalar ətraflı öyrənilməyib. Astro­nomlar ilk dəfə olaraq qara dəliyin ətrafı ilə qarşılıqlı əlaqə görüntülərini çəkib. Görüntülər göstərir ki, qalaktikalar ulduz toplusundan daha çoxdur. Manches­ter Universitetindən Dr Nil Jeksonun sözlərinə görə, bunlar qara dəliklərdə işləyən, günəş və planet istehsal edən dinamik fabriklərdir. Hətta təcrübəli astronomlar da bu görüntüləri görəndə heyrətini gizlədə bilməyib. Tədqiqatçı alimlərin fikrincə, yeni görüntülər üzərində aparılan araşdırmalar qalakti­kaların təkamülünü başa düşmək üçün qara dəliyin tam mərkəzini öyrənməyə əsas verir, çünki bu, qalaktikaların necə inkişaf etdiyinə kifayət qədər əsaslı təsir göstərir.

Dr Morabito bildirib ki, bu kimi şəkillər astronomlara ulduzları və planetləri yaradan bu proseslərin, Günəş sistemimiz də daxil olmaqla, necə baş verdiyini öyrənməyə imkan yaradır: "Yeni tədqiqatla qalaktikaların təkamülünü anlamağa başlamışıq. Qara dəliklər bunun böyük bir hissəsidir. Qara dəliklər hətta qalaktikaları məhv etmək, ulduz çağırmaq potnsialına malikdirlər”.

Qalaktikalarda qara dəliklərin dina­mikasına dair alimlərin ilk tədqiqatları doqquz elmi əsərin nəşri ilə nəticələnib. Ancaq bu tədqiqat komandası üçün yalnız başlanğıcdır. Alimlər qarşıdakı illərdə milyonlarla qalaktikanı öyrənməyi planlaşdırır.

Leyla RƏŞID, “Xalq qəzeti”

Xəbər lenti