Logo

Alim Avropa Coğrafiya Olimpiadasının sertifikatına layiq görülüb

18.08.2021 09:55 438 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Zaur İmrani Serbiyanın Belqrad şəhərində onlayn formatda keçirilən VII Avropa Coğrafiya Olimpiadasının sertifikatına layiq görülüb.

Sertifikat gənc alimə  Belqradın İstedadlı Gənclər Üçün Regional Mərkəzi və Belqrad Universitetinin Coğrafiya fakültəsinin prezidenti Nikola Srzentic tərəfindən Azərbaycanın müəllim komanda heyətində iştirakına görə təqdim edilib.   

Qeyd edək ki, Coğrafiya İnstitutu ölkəmizin hər il Beynəlxalq Coğrafiya Olimpiadasında iştirakı üçün dəstək göstərir.

Xəbər lenti