Logo

Şamaxı Astrofizika Rəsədxanası: yaxın kosmosun aktual məsələləri ilə bağlı tədqiqatlar aparılacaq

17.08.2021 16:58 625 baxış
IMG

Yaxın gələcəkdə Şamaxı Astrofizika Rəsədxanasının kosmik peyklərdə, pilotsuz uçuş aparatlarında və yerüstü poliqonlarda aparılan spektrofotometrik ölçmələr vasitəsilə alınmış təsvirlər əsasında atmosferin kimyəvi aerozol çirklənməsinin, transsərhəd hava axınlarının məsafədən monitorinqinin keçirilməsi, proqnozunun verilməsi və digər prioritet istiqamətlər üzrə elmi-tədqiqatlar aparılacaq.

Bu barədə AMEA Fizika Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağının növbəti onlayn iclasında rəsədxananın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov məlumat verib.

Fizika Riyaziyyat və Texnika Elmləri Bölməsindən AZƏRTAC-a bildirilib ki, alim rəsədxananın qarşısında qoyulan prioritet vəzifələrə də toxunub. Onun sözlərinə görə, rəsədxananın alimlərinə Azərbaycanda kosmik sənayenin inkişafı üzrə dövlət proqramına müvafiq olaraq astrofizikanın müasir problemlərini əhatə edən uzaq kosmosun fizikası ilə yanaşı, yerətrafı fəzanın fundamental-praktiki problemlərinin həllinə yönəlmiş yaxın kosmosun aktual məsələlərinin tədqiq olunması tapşırılıb.

Xəbər lenti