Logo

BSU-nun sabiq şöbə müdirinin məhkəməsi təxirə salınıb

16.08.2021 20:15 479 baxış
IMG

Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə üzrə keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməli olan iclasın hakimi Əli Məmmədov başqa bir məhkəmə iclasının tərkib heyətində olduğuna görə iclas təxirə düşüb.

Belə ki, Əli Məmmədovun tərkib heyətində olduğu iclasın gedişatı uzanıb və Dürdanə Əliyevanın işi üzrə proses qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Xəbər lenti