Logo

Kollecə silahlı hücum - 15 tələbə qaçırıldı

16.08.2021 20:07 561 baxış
IMG

Nigeriyanın Zamfara əyalətindəki Əkinçilik Kollecinə edilən silahlı hücum edilib.

Tehsil.biz Axar.az-a istinadən xəbər verir ki, bu barədə kollecin nümayəndəsi Aliyu Bakura “BBC Hausa”a açıqlama verib.

O bildirib ki, naməlum şəxslər tərəfindən edilən silahlı hücumda 1 polis və 3 mühafizəçi öldürülüb, ən az 15 tələbə qaçırılıb.

Qeyd edək ki, yanvar ayından bəri Nigeriyanın 5 əyalətində çoxlu sayda tələbə qaçırıldığı üçün təhsil dayandırılmışdı.

Xəbər lenti