Logo

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına əsas və əlavə yerləşdirmədən sonra qəbulun nəticələri haqqında statistik məlumatlar

16.08.2021 17:53 732 baxış
IMG

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı bəzi statistik göstəriciləri təqdim edirik.

Müsabiqənin nəticələrinə əsasən bu il 10337 (Azərbaycan bölməsi üzrə 9423, rus bölməsi üzrə 914) nəfər respublika ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunub.

Qəbul olunanlardan 3770 nəfəri dövlət sifarişi, 6567 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Dövlət İmtahan Mərkəzinin kollektivi adından magistr adını qazanan bütün tələbələri təbrik edirik. Əminik ki, yüksək bilik və bacarığa malik, intellektual gənclər ordusu sıralarını zənginləşdirən magistrlər gələcəkdə Azərbaycan elminin inkişafına öz töhfələrini verəcəklər.

Müsabiqənin nəticələrinə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 11135 yerin 92.83 %-i dolub. Bu son illər qeydə alınmış ən yüksək göstəricidir. Ötən il müvafiq göstərici 88.4%, 2019-cu ildə isə 78.1% olub.

Magistraturaya qəbul 75 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub.  Proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Misal üçün, neft-qaz mühəndisliyi, hidrometerologiya, geodeziya və xəritəçilik mühəndisliyi, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası, turizm, riyaziyyat, dağ-mədən mühəndisliyi, mexanika, biologiya, coğrafiya, torpaqşünaslıq və aqrokimya, balıqçılıq, bədən tərbiyəsi, əczaçılıq, MBA, nəqliyyat servisi, kosmik texnika və texnologiyalar mühəndisliyi, yanğın təhlükəsizliyi mühəndisliyi, çoxişlənən malların texnologiyası mühəndisliyi, aktyor sənəti və xüsusi təyinatlı ixtisaslara uyğun olan 2, 12, 17, 20, 21, 22, 28, 29, 30, 33, 34, 35, 52, 54, 55, 56, 57, 60, 63, 64, 65, 71, 72, 74 saylı proqramlara ayrılmış plan yerləri 100% dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramların bəziləri üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi.

Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı kitabxanaçılıq, dinşünaslıq və xoreoqrafiya sahələrinə aid 45, 51, 69 saylı proqramlara ayrılmış plan yerlərinin 40%-dən çoxu boş qalmışdır. Bu proqamlar üzrə də plan yerlərinin dolmayacağı məlum idi.

Ümumiyyətlə qəbul proqramlarının bəziləri üzrə qəbul planının bu və ya digər səviyyədə kəsirdə qalacağı əvvəlcədən bəlli idi. Belə ki, imtahan nəticələrinə uyğun olaraq həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərindən az idi.

Müsabiqənin nəticələrinə əsasən, Azərbaycan Tibb Universitetində, Dövlət İdarəçilik Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında, Azərbaycan Bakı Biznes Universitetində, Bakı Qızlar Universitetində, Əmək və Sosial Münasibətlər Akademiyasında plan yerləri tam, Azərbaycan Dövlət İqtisad Universiteti, AMEA, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Gəncə Dövlət Universiteti, Texnologiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Kooperasiya və Odlar Yurdu Universitetlərində plan yerləri 95% və daha çox dolub. Plan yerlərinin dolma göstəricisi üzrə ən zəif nəticə Azərbaycan İlahiyyat İnstituna (37.5%) aiddir.

Aşağıdakı cədvəldən hər bir proqram üzrə qəbul planı, qəbul edilənlərin sayı (qəbulolma faizi), vakant yerlərin sayı (faizi) ilə bağlı ətraflı məlumat əldə edə bilərsiniz.  

   Qəbul 
 planı
 Qəbul edilibdir (o cümlədən, d.s. əsasında)  Qəbulolma
 faizi 
 Vakant yerlərin
     Azərbaycan bölməsi   Rus bölməsi    Bölmələr üzrə cəmi    sayı (faizi)
Proqram 1 134 118 (49) 12 (3) 130 (52) 97.01 4 (2.99)
Proqram 2 212 180 (88) 32 (10) 212 (98) 100.00 0 (0.00)
Proqram 3 222 170 (67) 7 (2) 177 (69) 79.73 45 (20.27)
Proqram 4 59 46 (24) 0 (0) 46 (24) 77.97 13 (22.03)
Proqram 5 136 90 (54) 9 (7) 99 (61) 72.79 37 (27.21)
Proqram 6 209 153 (74) 14 (4) 167 (78) 79.90 42 (20.10)
Proqram 7 22 13 (11) 6 (5) 19 (16) 86.36 3 (13.64)
Proqram 8 12 10 (8) 0 (0) 10 (8) 83.33 2 (16.67)
Proqram 9 60 46 (20) 0 (0) 46 (20) 76.67 14 (23.33)
Proqram 10   105 79 (52) 5 (5) 84 (57) 80.00 21 (20.00)
Proqram 11 222 175 (90) 24 (15) 199 (105) 89.64 23 (10.36)
Proqram 12 7 7 (6) 0 (0) 7 (6) 100.00 0 (0.00)
Proqram 13 189 165 (117) 0 (0) 165 (117) 87.30 24 (12.70)
Proqram 14 925 709 (483) 92 (42) 801 (525) 86.59 124 (13.41)
Proqram 15 131 107 (86) 14 (5) 121 (91) 92.37 10 (7.63)
Proqram 16 189 172 (74) 8 (3) 180 (77) 95.24 9 (4.76)
Proqram 17 48 48 (35) 0 (0) 48 (35) 100.00 0 (0.00)
Proqram 18 185 139 (59) 17 (5) 156 (64) 84.32 29 (15.68)
Proqram 19 245 218 (131) 21 (12) 239 (143) 97.55 6 (2.45)
Proqram 20 50 46 (41) 4 (4) 50 (45) 100.00 0 (0.00)
Proqram 21 60 55 (30) 5 (0) 60 (30) 100.00 0 (0.00)
Proqram 22 133 129 (86) 4 (4) 133 (90) 100.00 0 (0.00)
Proqram 23 75 66 (28) 2 (2) 68 (30) 90.67 7 (9.33)
Proqram 24 37 34 (19) 0 (0) 34 (19) 91.89 3 (8.11)
Proqram 25 4 3 (3) 0 (0) 3 (3) 75.00 1 (25.00)
Proqram 26 1653 1493 (428) 147 (32) 1640 (460) 99.21 13 (0.79)
Proqram 27 429 383 (118) 19 (7) 402 (125) 93.71 27 (6.29)
Proqram 28 176 169 (95) 7 (5) 176 (100) 100.00 0 (0.00)
Proqram 29 23 23 (9) 0 (0) 23 (9) 100.00 0 (0.00)
Proqram 30 10 9 (6) 1 (1) 10 (7) 100.00 0 (0.00)
Proqram 31 120 115 (72) 3 (1) 118 (73) 98.33 2 (1.67)
Proqram 32 128 119 (67) 8 (4) 127 (71) 99.22 1 (0.78)
Proqram 33 136 129 (83) 7 (5) 136 (88) 100.00 0 (0.00)
Proqram 34 78 74 (46) 4 (4) 78 (50) 100.00 0 (0.00)
Proqram 35 113 107 (96) 6 (5) 113 (101) 100.00 0 (0.00)
Proqram 36 56 43 (43) 0 (0) 43 (43) 76.79 13 (23.21)
Proqram 37 53 46 (24) 5 (2) 51 (26) 96.23 2 (3.77)
Proqram 38 269 238 (49) 0 (0) 238 (49) 88.48 31 (11.52)
Proqram 39 21 2 (0) 16 (1) 18 (1) 85.71 3 (14.29)
Proqram 40 309 241 (53) 9 (2) 250 (55) 80.91 59 (19.09)
Proqram 41 68 41 (0) 0 (0) 41 (0) 60.29 27 (39.71)
Proqram 42 128 109 (73) 11 (7) 120 (80) 93.75 8 (6.25)
Proqram 43 56 31 (19) 3 (1) 34 (20) 60.71 22 (39.29)
Proqram 44 31 19 (19) 3 (3) 22 (22) 70.97 9 (29.03)
Proqram 45 31 16 (7) 0 (0) 16 (7) 51.61 15 (48.39)
Proqram 46 142 131 (61) 10 (2) 141 (63) 99.30 1 (0.70)
Proqram 47 266 197 (59) 29 (7) 226 (66) 84.96 40 (15.04)
Proqram 48 102 84 (65) 11 (6) 95 (71) 93.14 7 (6.86)
Proqram 49 158 131 (47) 16 (3) 147 (50) 93.04 11 (6.96)
Proqram 50 48 43 (19) 0 (0) 43 (19) 89.58 5 (10.42)
Proqram 51 12 3 (3) 0 (0) 3 (3) 25.00 9 (75.00)
Proqram 52 14 14 (9) 0 (0) 14 (9) 100.00 0 (0.00)
Proqram 53 89 74 (33) 12 (6) 86 (39) 96.63 3 (3.37)
Proqram 54 62 59 (24) 3 (1) 62 (25) 100.00 0 (0.00)
Proqram 55 22 21 (18) 1 (1) 22 (19) 100.00 0 (0.00)
Proqram 56 2333 2056 (0) 277 (0) 2333 (0) 100.00 0 (0.00)
Proqram 57 7 7 (5) 0 (0) 7 (5) 100.00 0 (0.00)
Proqram 58 18 12 (6) 5 (4) 17 (10) 94.44 1 (5.56)
Proqram 59 0 0 (0) 0 (0) 0 (0) -- --
Proqram 60 3 3 (3) 0 (0) 3 (3) 100.00 0 (0.00)
Proqram 61 15 8 (8) 4 (4) 12 (12) 80.00 3 (20.00)
Proqram 62 7 6 (6) 0 (0) 6 (6) 85.71 1 (14.29)
Proqram 63 7 7 (7) 0 (0) 7 (7) 100.00 0 (0.00)
Proqram 64 7 7 (7) 0 (0) 7 (7) 100.00 0 (0.00)
Proqram 65 7 7 (7) 0 (0) 7 (7) 100.00 0 (0.00)
Proqram 66 0 0 (0) 0 (0) 0 (0) -- --
Proqram 67 0 0 (0) 0 (0) 0 (0) -- --
Proqram 68 104 70 (34) 13 (4) 83 (38) 79.81 21 (20.19)
Proqram 69 37 18 (11) 0 (0) 18 (11) 48.65 19 (51.35)
Proqram 70 79 47 (26) 8 (4) 55 (30) 69.62 24 (30.38)
Proqram 71 5 5 (5) 0 (0) 5 (5) 100.00 0 (0.00)
Proqram 72 10 10 (8) 0 (0) 10 (8) 100.00 0 (0.00)
Proqram 73 0 0 (0) 0 (0) 0 (0) -- --
Proqram 74 2 2 (2) 0 (0) 2 (2) 100.00 0 (0.00)
Proqram 75 20 16 (5) 0 (0) 16 (5) 80.00 4 (20.00)
Proqram 76 0 0 (0) 0 (0) 0 (0) -- --
Cəmi 11135 9423 (3520) 914 (250) 10337 (3770) 92.83 798 (7.17)

Qeyd: Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar avqustun 18-dən 25-dək https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməlidirlər.

Xəbər lenti