Logo

"Peşə təhsilində təlim nəzəriyyələri və müasir yanaşmalar”

14.08.2021 09:54 603 baxış
IMG

Azərbaycan Texniki Universitetinin müəllimi, Peşə təhsili üzrə müstəqil tədqiqatçı Qadir Qafarovun peşə təhsili və təlimi ilə bağlı “Peşə təhsilində təlim nəzəriyyələri və müasir yanaşmalar” mövzusunda metodiki vəsaiti işıq üzü görmüşdür.

Tehsil.biz xəbər verir ki, vəsaitdə ixtisas modullarının, ümumi səriştə modullarının və istehsalat təliminin təşkili üçün effektiv təlim strategiyasının müəyyənləşdirilməsi aparılmışdır.

İlkin olaraq inteqrativ təlim prinsipi ilə tədris mühitinin təşkilinə nəzər yetirilmişdir. Dərsin gedişatında istifadə olunan təlim formaları və üsulları qeyd edilərək inteqrativ prinsip gözlənilməklə bəzi ixtisas fənlərinə dair nümunələr göstərilmişdir.

Müəllifin fikrincə, peşə ixtisas modullarının tədrisi zamanı effektiv təlim üsullarından istifadə etmək ixtisaslı kadr hazırlığının açarıdır. 

Çap olunan metodik vəsait peşə təhsili sahəsində çalışan ümumtəhsil fənn müəllimləri, ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları üçün nəzərdə tutulmuşdur.

Xəbər lenti