Logo

Türkiyədə 27 şagird yol qəzasında xəsarət alıb - FOTO

14.08.2021 01:20 520 baxış
IMG

Türkiyədə Quran kursunun şagirdlərinin olduğu mikroavtobus qəzaya düşüb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, mikroavtobus Kayseri-Kahramanmaraş şosesində idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində 27-si şagird olmaqla 29 nəfər yaralanıb. Onlardan yeddisinin vəziyyəti ağırdır. Yaralılar Pınarbaşı dövlət xəstəxanasına çatdırılıb.

Yol qəzası ilə bağlı araşdırma başlanıb.

Xəbər lenti