Logo

Mənəvi Dəyərlərin Təbliği Fondu Gürcüstandakı soydaşlarımıza Azərbaycan dilində Qurani-Kərim göndərib

13.08.2021 13:45 571 baxış
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən MDTF Gürcüstan Müsəlmanları İdarəsinin müraciəti əsasında nəşr etdirdiyi 2300-dən çox Qurani-Kərim kitabını (Azərbaycan dilində) soydaşlarımızın istifadəsi üçün Gürcüstana göndərib.

Tehsil.biz xəbər verir ki, kitabların göndərilməsində əsas məqsəd Gürcüstanda yaşayan soydaşlarımızın dini maariflənməsinə dəstək olmaqdır.

Müqəddəs kitabları qəbul edən Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov belə gözəl təşəbbüsə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinə və Mənəvi Dəyərlərin Təbliği Fonduna ölkə müsəlmanları və soydaşlarımız adından təşəkkürünü bildirib. 

Xəbər lenti