Logo

Tibb işçilərinə COVID-19-la mübarizədə psixososial dəstək mövzusunda təlim keçirilib

13.08.2021 13:33 425 baxış
IMG

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə iştirak edən müəssisələrdə çalışan tibb işçilərinin psixososial rifahını təşviq etmək məqsədilə “COVID-19-a hazırlıq, mübarizə və bərpa müddətində psixi sağlamlıq və psixososial dəstək” mövzusunda təlim keçirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimə Qobustan, Masallı və Cəlilabad Rayon Mərkəzi xəstəxanaları və Sumqayıt 1 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları cəlb edilib.

Təlim zamanı işçi qrupunun üzvləri tərəfindən effektiv ünsiyyət prinsipləri, stresi idarəetmə texnikaları, özünəqayğı və psixi sağlamlığı qorumaq üçün profilaktik tədbirlər haqqında məlumat verilib. Həmçinin COVID-19 infeksiyası ilə əlaqəli stiqma və pandemiyanın psixi sağlamlıq və səhiyyə işçilərinin psixososial rifahına təsiri mövzularında müzakirələr aparılıb.

Qeyd edək ki, stresin idarə edilməsi üsullarının mənimsənilməsi üçün müxtəlif texnikalar, nəfəs təmrinləri və proqressiv relaksasiya hərəkətləri iştirakçılarla birgə tətbiq olunub.

Xəbər lenti