Logo

Azərbaycanlı alim impakt faktorlu jurnalın rəyçi sertifikatına layiq görülüb

13.08.2021 12:28 374 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva elmi ekspertiza fəaliyyətinə görə Fransanın “Innovation and Research in BioMedical Engineering” (IRBM) jurnalının redaksiya heyəti tərəfindən rəyçi sertifikatı ilə təltif edilib.

İnstitutdan bildirilib ki,“Clarivate Analytics” (əvvəlki adı “Thomson Reuters”) siyahısına daxil olan bu jurnalda biotibbi texnologiyalar, klinik tədqiqatlar, biotibbi mühəndislik elmlərinin bütün sahələrinə dair tədqiqat materialları, icmallar və qısa məqalələr dərc olunur.

IRBM jurnalının əsas elmi istiqamətlərinə fizioloji və bioloji siqnalların emalı (elektroensefaloqram, maqnetoensefaloqrafiya, elektrokardioqram), tibbi təsvirlərin emalı, biomexanika, biomateriallar, tibbi fizika, biofizika, fizioloji və bioloji sensorlar, səhiyyədə informasiya texnologiyaları, əlilliyin araşdırılması, hesablama fiziologiyası daxildir.

Xəbər lenti