Logo

“Əlifba” kitabının müəllifi Yəhya Kərimov vəfat edib

13.08.2021 12:17 628 baxış
IMG

“Əlifba” kitabının müəllifi Yəhya Kərimov vəfat edib

Tehsil.biz xəbər verir ki, pedaqoji elmlər doktoru, professor, respublikanın Əməkdar müəllimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli, Qırmızı Əmək Bayrağı ordenli, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Yəhya Kərimov bu gün rəhmətə gedib. 

Yəhya Kərimov ARTİ-də (keçmiş Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu) kiçik elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini, direktor, böyük elmi məsləhətçi vəzifələrində çalışıb.

94 yaşında vəfat edən Y.Kərimov bu gün Qax rayonunda dəfn olunacaq.

Xəbər lenti