Logo

Süni intellekt beyin şişlərini aşkar etməyi öyrənib

13.08.2021 11:12 437 baxış
IMG

Alimlər beyinin üçölçülü şəkillərində şişləri aşkar edən və onların tipini müəyyənləşdirən süni intellekt sistemi hazırlayıblar.

Bu barədə “Radiology: Artificial Intelligence” elmi jurnalında dərc edilən məqalədə bildirilib.

Neyroşəbəkənin MRT analizlərini daha da təkmilləşdirdiyi vurğulanıb. Həmçinin, süni intellektin beyin toxumalarındakı anomallıqları tətqiq edərək müvafiq nəticələr təqdim etdiyi qeyd olunub.

Alimlərin sözlərinə görə, yeni sistem beyin xərçənginə qarşı mübarizəni daha effektli şəkildə aparmağa yardım edəcək.

Xəbər lenti