Logo

BDU Tələbə Gənclər Təşkilatı şahmat turniri keçirib

13.08.2021 11:06 659 baxış
IMG

12 avqust 2021-ci il tarixində Bakı Dövlət Universitetinin İdman-Sağlamlıq Mərkəzi və Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr arasında açıq havada şahmat turniri keçirilib.

12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş turnirin qalibi Hüquq fakültəsinin II kurs tələbəsi Fəxrəddin Şəfiyev olmuşdur. İkinci yerdə Biologiya fakültəsinin IV kurs tələbəsi Məhəmməd Mirzəyev, üçüncü yerdə isə Tarix fakültəsinin III kurs tələbəsi Murad Hüseynli qərarlaşıb.

Turnirin qaliblərinə  diplomlar təqdim olunub.

Xəbər lenti