Logo

Azərbaycanlı alimlərin növbəti məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib

12.08.2021 10:18 511 baxış
IMG

Türkiyənin Yıldız Texniki Universitetinin professoru, AMEA-nın müxbir üzvü Surxay Əkbərovun və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun həmmüəllifi olduğu məqalə Birləşmiş Krallığın nüfuzlu hesab edilən Q1 kateqoriyalı “Waves in random and complex media” jurnalında dərc olunub.

Tehsil.biz xəbər verir ki, “Taylor & Francis”ə məxsus 4,853 impakt faktorlu dərginin son saylarında işıq üzü görən məqalə “Qeyri-bircins ilkin istilik gərginlikli ikiqat boş silindrdə yayılan oxasimmetrik boyuna dalğaların dispersiyası” adlanır.

Xatırlamaq yerinə düşər ki, son illər həmmüəlliflərin ərsəyə gətirdiyi bir neçə məqalə də ABŞ, Avropa və Asiyanın yüksək reytinqli jurnallarında öz yerini alıb.

Xəbər lenti