Logo

Alimlər buqələmun robot hazırlayıblar - VİDEO

11.08.2021 09:53 702 baxış
IMG

Cənubi Koreyalı fiziklər buqələmun robot hazırlayıblar.

Bu barədə “Nature Communications” elmi jurnalında məlumat verilib.

Seul Milli Universitetindən professor Ko Sınxvanın rəhbərliyilə hazırlanan robot ətraf mühitdəki rəngləri yamsılayır, temperatur fərqindən asılı olaraq, rəngini dəyişə bilir.

Alimlər bildirirlər ki, robot bunu nanonaqillər və maye kristallar sayəsində bacarır.

//baku.tv/az/dunyaa/42343/

Xəbər lenti