Logo

Naxçıvan Muxtar Respublikasında mühüm uğurlardan biri burada elmi mühitin güclü dayaqlarının olmasıdır

07.08.2021 11:09 1136 baxış
IMG

"Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında mühüm uğurlardan biri də burada sağlam elmi mühitin güclü dayaqlarının olmasıdır".

Tehsil.biz xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetinin dosenti, İqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımov bildirib.

O, xalqımızın ümummilli lideri böyük Heydər Əliyevin hələ 7 avqust 2002-ci ildə imzalamış olduğu tarixi Sərəncamla yaradılan Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi 6 elmi-tədqiqat institutu, o cümlədən, Tarix, Etnoqrafiya və Arxeologiya, eləcə də İncəsənət, Dil və Ədəbiyyat, Təbii Ehtiyatlar, Bioresurslar institutları, Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu ilə fəaliyyətini uğurla davam etdirməkdə olduğunu bildirib.

"Ölkənin ixtisaslaşdırılmış elmi kadrlarının hazırlanmasında, ən aktual mövzuların elmi dövriyyəyə cəlb olunmasında, əsaslandırılmış elmi nəşrlərin çap olunmasında, xarici və yüksək indeksli nəşrlərlə əməkdaşlıqların qurulmasında, yerli və beynəlxalq elmi konfranslarda təmsil olunmada və digər bu kimi uğurların qazanılmasında AMEA Naxçıvan bölməsinin zəhmətkeş əməkdaşlarının da böyük olan rolu danılmazdır".

"Mənim üçün də çox qürurvericidir ki, ömrümün 16 ilini (2003-2019) AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda İqtisadiyyat şöbəsində işləmişəm. Həmin şöbədə baş laborant vəzifəsindən şöbə müdirliyinə qədər və böyük elmi işçi olaraq, fəaliyyət göstərmişəm. Çiyin-çiyinə çalışdığımız bütün həmkarlarımızı AMEA Naxçıvan Bölməsinin yaradılmasının 19-cu ili münasibətilə təbrik edir, hər birinə böyük hörmət və ehtiramımı bildirirəm", -deyə o, qeyd edib.

Xəbər lenti