Logo

İraqın Ali Təhsil və Elmi Tədqiqat nazirliyinin nümayəndə heyəti ilə UFAZ-da görüş

06.08.2021 14:27 625 baxış
IMG

Avqustun 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) İraq Respublikasının Ali Təhsil və Elmi Tədqiqat nazirliyinin Xaricdə təhsil departamentinin rəhbəri Dr. Ali Kamil Sadeq al-Saffar və İraqın Azərbaycandakı səfirliyinin birinci katibi Dr. Huthaifa Mahmoud ilə görüş olub.

Tehsil.biz xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Təhsil nazirliyinin Ali təhsil şöbəsinin müdiri Nicat Məmmədli, Təhsil nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Bayramov və UFAZ-ın PR və Beynəlxalq əlaqələr üzrə departamentinin müdiri Kamil Piriyev də iştirak ediblər.

Görüş zamanı qonaqlara UFAZ-ın Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü nəticəsində yaranmasına toxunulmuş və təhsil ocağı barədə qonaqlara ətraflı məlumat verilib. Qonaqlar həmçinin UFAZ-ın tədris şəraiti və laboratoriyaları, habelə burda tədris olunan proqramlar ilə də tanış olub.

Müzakirələr zamanı iraqlı tələbələrin gələcəkdə Azərbaycan universitetlərində, o cümlədən, UFAZ-da bakalavr və magistr pillələrində təhsil imkanları barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti