Logo

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistrantı yüksək göstərici ilə məzun olub

06.08.2021 12:36 711 baxış
IMG

2020-2021-ci tədris ilində AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun magistraturasını müvəffəqiyyətlə bitirən Lalə Qurbanova yüksək göstərici - 95 balla məzun olub.

Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, Lalə Qurbanova, həmçinin 2021-2022-ci il Cənubi Koreya Kyung Hee Universiteti Biotexnologiya və Bitki Biotexnologiya İnstitutunun Bitki funksional genomikası laboratoriyasına doktorantura dərəcəsi üzrə müraciət edib və qəbul məktubu alıb.

Xatırladaq ki, 2020-2021-ci tədris ilində AMEA-nın magistraturasını 74 məzun fərqlənmə diplomu ilə bitirib.

Xəbər lenti