Logo

Aqrar Universitetdə yeni təyinat olub

06.08.2021 12:27 1252 baxış
IMG

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun əmri ilə Zeynallı Elay Cəlal oğlu təhsil müəssisəsinin Tədris şöbəsinin müdiri təyin olunub.

Zeynallı Elay Cəlal oğlu 28.03.1995-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycanlıdır. 2001-2012-ci illərdə Gəncə şəhərində orta məktəb təhsilini alıb.

2012-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin bakalavr səviyyəsinin “Maliyyə” ixtisasına daxil olub, 2016-cı ildə həmin ixtisası bitirib. Eyni ildə Azərbaycan Dövlət Aqrar Universitetinin magistratura səviyyəsinin “İstehsal sferasında mühasibat uçotu və audit” ixtisaslaşmasına qəbul olaraq, 2018-ci ildə həmin səviyyəni fərqlənmə diplomu ilə bitirib.
2019-cu ildən Azərbaycan Dövlət Aqrar Universitetinin 5303.01 – “Mühasibat uçotu” ixtisası üzrə qiyabi doktorantıdır.

15.09.2018-ci il tarixindən etibarən Azərbaycan Dövlət Aqrar Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının assistenti vəzifəsində çalışmışdır. Aqrobiznes və idarəetmə fakültəsi üzrə imtahan qərargahına və kafedranın nəzdində fəaliyyət göstərən “Gələcəyin Mühasibi” tələbə elmi dərnəyinə rəhbərlik etmişdir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilən “Kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi üzrə yeni qaydalar” və “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyat və istifadə” ilə bağlı təlimlərdə təlimçi kimi iştirak etmişdir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təlimçisidir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin daxili keyfiyyət təminatı üzrə ekspertidir.

40-a yaxın məqalə və tezisin müəllifi, 12 tədris proqramının, 1 metodik göstərişin və 1 dərs vəsaitinin həmmüəllifidir.

Xəbər lenti