Logo

BDU ABŞ-ın Linkoln Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində magistr hazırlayacaq

06.08.2021 09:45 628 baxış
IMG

Bakı Dövlət Universiteti ilə ABŞ-ın Linkoln Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında magistratura pilləsində “Biznesin təşkili və idarə edilməsi” (MBA) ixtisaslaşması üzrə beynəlxalq ikili diplom proqramı həyata keçirilir.

Tehsil.biz xəbər verir ki, proqram çərçivəsində iqtisadi və idarəetmə elmlərinin fundamental və tətbiqi metodlarından istifadə edərək öz peşə fəaliyyətlərində praktik problemləri təsnif etmək və onları effektiv həll etmək bacarıqlarına malik mütəxəssislər hazırlanacaq. İxtisaslaşma üzrə tədris prosesinə hər iki universitetin bu sahə üzrə ixtisaslaşmış professor-müəllim heyəti cəlb olunacaq.

Magistrantlar idarəetmə iqtisadiyyatı, biznes strategiyası və qərarqəbuletmə, maliyyə menecmenti, əməliyyatların idarəedilməsi kimi sahələr üzrə dünya elminin son nailiyyətlərindən bəhrələnəcək, 21-ci əsrin yüksək rəqabətli qlobal iş mühitində kritik olan problemləri innovativ üsullarla həll etmək, qərar qəbul etmək və strateji idarəetmə bacarıqlarına malik mütəxəssis kimi yetişəcəklər.

Qeyd edək ki, 2021-ci ilin ilk yarısında BDU dünyanın 4 qabaqcıl universiteti ilə beynəlxalq ikili diplom proqramları üzrə müqavilərlər imzalamış və ölkəmizdə ilk dəfə olaraq 2 ixtisas üzrə üçlü diplom proqramlarının həyata keçirilməsi üzrə razılıq əldə etmişdir.

Xəbər lenti