Logo

“Vərəm xəstəliyinin erkən aşkarlanma metodları” adlı vebinar keçirilib

06.08.2021 09:37 527 baxış
IMG

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin təşkilatçılığı ilə “Vərəm xəstəliyinin erkən aşkarlanma metodları” adlı vebinar keçirilib. 

Görüşdə Azərbaycan Respublikasının Baş ftiziatrı, 1 saylı vərəm əleyhinə dispanserin baş həkimi,  t.e.d., professor Yavər Şıxəliyev vərəm xəstəliyinin yayılma yolları, vərəmin formaları, müasir təsnifatı və aşkarlanma metodlarına dair məruzə edib. 

Daha sonra ilkin səhiyyə xidmətində fəaliyyət göstərən həkimlərə diaqnozun qoyulma alqoritmi haqqında professor Yavər Şıxəliyev geniş məlumat verib. 

Sonda Respublikanın baş ftiziatrı  vebinar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Xəbər lenti