Logo

Gəncə Dövlət Universitetinin məzunlarının MİQ imtahanında əldə etdikləri uğurları

05.08.2021 22:50 847 baxış
IMG

Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin ibtidai sinif müəllimliyi ixtsası üzrə məzunları da bu il  MİQ imtahanında yüksək bal toplamışlar.

2017-ci il Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin ibtidai sinif müəllimliyi ixtisasına daxil olan universitetin bu ilki məzunları olan Lamiyə Cəfərova, Leyla Muxtarova, Günel Həsənova və Leyla Bağırova  MİQ imtahanlarında yüksək nəticə əldə ediblər.

Belə ki, Lamiyə Cəfərova 59 , Leyla Muxtarova 58 , Günel Həsənova 56 və Leyla Bağırova 54 bal toplayıblar.

Məzunlar bildiriblər ki, məqsədə çatmaq üçün çalışmaq, öz üzərində işləmək, daim öz ixtisasınla bağlı axtarışda olmaq yüksək nailliyyətlər üçün əsas məsələdir. Onlar topladıqları bala ən uyğun vakant yeri seçərək şagirdlərinin ən sevilən müəllimlərindən olmaq, öz şagirlərinə elmin mükəmməlliklərini öyrətmək arzusundadırlar. 

Gəncə Dövlət Universitetinin rektorluğu və kollektivi məzunları təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.

Xəbər lenti